Azərbaycanın Milli Qəhrəmanı — Vikipediya
Azərbaycanın Milli Qəhrəmanı | |
---|---|
| |
Ölkə | ![]() |
Tip | Medal |
Təqdim edir | Azərbaycan Respublikasının Prezidenti |
Status | Təqdim olunur |
Statistika | |
Təsis tarixi | 25 mart 1992 |
Birinci təltif | 6 iyun 1992 |
İlk laureat | ![]() |
Son təltif | 9 dekabr 2020 |
Son laureat | ![]() |
Təltif sayı | 218 |
Ardıcıllıq | |
Sonrakı (yüksək) | "Vətən Müharibəsi Qəhrəmanı" medalı |
Əvvəlki (aşağı) | "Vətən uğrunda" medalı |
![]() |
Azərbaycanın Milli Qəhrəmanı — Azərbaycan Respublikasının fərqlənmə dərəcəsi.[1][2]
Təsisi[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur.[1]
Verilmə qaydası[redaktə | mənbəni redaktə et]
"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir.[3]
"Azərbaycanın Milli Qəhrəmanı" adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.[2]
"Azərbaycanın Milli Qəhrəmanı" adı eyni şəxsə bir dəfə verilir.[2]
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı[redaktə | mənbəni redaktə et]
Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanı — "Ay-Ulduz" medalı "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu ilə təsis edilmişdir.[4]
"Ay-Ulduz" medalı "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanununa əsasən "Qızıl Ulduz" medalı ilə əvəz edilmişdir.[5]
Azərbaycanın Milli Qəhrəmanları[redaktə | mənbəni redaktə et]
Maraqlı məlumat[redaktə | mənbəni redaktə et]
Azərbaycan Respublikasında Azərbaycanın Milli Qəhrəmanları olan işçilərə məzuniyyət 46 təqvim günündən az olmayaraq verilir.[6]
İstinadlar[redaktə | mənbəni redaktə et]
- ↑ 1 2 ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu (az.)
- ↑ 1 2 3 "Azərbaycanın Milli Qəhrəmanı" adı haqqında Əsasnamə Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ ""Azərbaycanın Milli Qəhrəmanı" adının təsis olunması haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 15 iyul 1992-ci il tarixli, 210 nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycanın Milli Qəhrəmanının xüsusi fərqlənmə nişanını təsis etmək haqqında" Azərbaycan Respublikasının 7 iyul 1992-ci il tarixli, 201 nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanunu Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)
- ↑ Azərbaycan Respublikası Əmək Məcəlləsi. Maddə 120. Arxivləşdirilib 2012-01-11 at the Wayback Machine (az.)