Portal:Azərbaycan — Vikipediya

Flag of Azerbaijan beautiful Background.png
Portal:Azərbaycan


Bayraq
Gerb
Ərazisi

Azərbaycan və ya rəsmi adı ilə Azərbaycan RespublikasıCənubi Qafqazda yerləşən dövlət. Azərbaycan Xəzər dənizi hövzəsinin qərbində yerləşir. Şimaldan Rusiya (Dağıstan), şimal-qərbdən Gürcüstan, qərbdən Ermənistan, cənub-qərbdən Türkiyə və cənubdan İran ilə həmsərhəddir. Azərbaycanın anklavı olan Naxçıvan Muxtar Respublikası Ermənistanla şimal-şərqdə, İranla qərbdə və Türkiyə ilə şimal-qərbdən həmsərhəddir. Azərbaycanın Xəzər dənizi sektorunda həmçinin Türkmənistan, Qazaxıstan, İran və Rusiya sərhədə malikdir.

Azərbaycan şərqdə ilk demokratik və dünyəvi dövlət qurmuşdur. Hazırda Azərbaycan qədim tarix və mədəniyyət irsinə malik dünyəvi və unitar dövlət olub, etnik türk və müsəlman çoxluğuna sahib ölkədir. Azərbaycan altı müstəqil türk dövlətindən biridir. Respublikanın 158 ölkə ilə diplomatik münasibəti var. Ölkəmiz 38 beynəlxalq təşkilatın üzvüdür.

Azərbaycan GUAM və Kimyəvi silahdan istifadə qadağası təşkilatlarının təsisçilərindən biridir. 1993-cü ilin sentyabrından Müstəqil Dövlətlər Birliyinin üzvüdür. 9 may 2006-cı ildə Azərbaycan yeni yaradılan BMT insan haqları assambleyasına üzv oldu. Səlahiyyətli nümayəndəlik 19 iyul 2006-cı ildən başlayıb. Azərbaycan həmçinin BMT, ATƏT, Avropa ŞurasıNATO-nun sülh naminə tərəfdaşlıq proqramının üzvüdür. Bundan əlavə ölkə Birləşməyənlər Hərəkatı, Beynəlxalq Ticarət Təşkilatı və Beynəlxalq Elektrorabitə İttifaqında müşahidəçi statusuna malikdir.

redaktə
Cscr-featured.png Seçilmiş məqalə                                                                              redaktə
صورة الأرض - ابن حوقل A Page 419.JPG

Azərbaycan Ərəb xilafətinin tərkibindəVIII əsrdə Sasanilər imperiyasının fəth edilməsi ilə imperiyanın tərkibində olan Cənubi Azərbaycan, Qafqaz Albaniyasının fəth edilməsi ilə isə Şimali Azərbaycan Ərəb Xilafətinin tərkibinə daxil olmuşdur. 637-ci ildə ərəblər Sasani şahını onun paytaxtı olan Ktesifonda mühasirəyə aldılar. Cavanşir üç minlik alban qoşununun başında sasanilərlə birlikdə altı ay Ktesifonun müdafiəsində durdu. Lakin buna baxmayaraq Sasani ordusu darmadağın edildi. III Yezdəgird Dəclə çayı sahilindəki qalalardan birində gizləndi. Moisey Kalankatlının məlumatına görə, Cavanşirin Sasani ordusu tərəfində ərəblərlə son döyüşü III Yəzdigərdin hakimiyyətinin səkkizinci ilinə (639-640-cı illərə) təsadüf edir. Beləliklə, mübarizənin faydasız, imperiyanın ölümə məhkum olduğunu dərk edən Cavanşir 639-640-cı ildə vətəninə qayıdır.




Artículo bueno.svg Yaxşı məqalə                                                                              redaktə
Azerbaijan Flag Raising Ceremony at the 2016 Summer Paralympics 2.jpg

Azərbaycan2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XV Yay Paralimpiya Oyunlarında. 7-18 sentyabr tarixləri arasında Braziliyanın ev sahibliyində baş tutan XV Yay Paralimpiya Oyunlarında Azərbaycan yığması, 22 idmançı ilə 6 idman növü üzrə təmsil olundu. Azərbaycan yığması, XV Yay Paralimpiya Oyunlarında 11 medal (1 qızıl, 8 gümüş və 2 bürünc) qazandı. XV Yay Paralimpiya Oyunlarında 1 qızıl, 8 gümüş və 2 bürünc medal qazanan Azərbaycan yığması, 159 dövlət sırasında medalların əyarına görə 48-ci yeri, sayına görə isə 33-cü yeri tutdu.


''Seçilmiş Şəkil''                                                                              redaktə
Baku 15 06 07 065000.jpeg
Heydər Əliyev Mərkəzinin gecə görüntüsü.
Seçilmiş bioqrafiya                                                                              redaktə
Heydar Aliyev (crop).jpg

Heydər Əliyev — Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Respublikasının üçüncü Prezidenti. Heydər Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində anadan olmuşdur. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək sovet dövrü ierarxiyasına uyğun olaraq respublikanın rəhbəri olmuşdur.


Sitatlar                                                                              redaktə
Wikiquote-logo.png
" Qələm əyri yonulsa da düz yazar. "
Azərbaycan atalar sözü


Vikisitatda Azərbaycan atalar sözləri



Bilirdinizmi...                                                                              redaktə


Kateqoriyalar                                                                              redaktə

Azərbaycan kateqoriyaları

Bütün alt kateqoriyalar üçün "+" klikləyin:


Panorama                                                                              redaktə
Panoramabild Baku Filarmonia Park.JPG
Bakı qalasının və Filarmoniya bağının panoramı



Əlaqəli portallar                                                                              redaktə

Flag of South Azerbaijan.svg

Emblem of Turkey.svg

Greater coat of arms of Georgia.svg

Coat of arms of Iran.svg

Coat of Arms of the Russian Federation.svg

Герб Туркменистана.gif

Uzbekistan coa.png

Emblem of Kazakhstan.svg

Cənubi Azərbaycan

Türkiyə

Gürcüstan

İran

Rusiya

Türkmənistan

Özbəkistan

Qazaxıstan


Portal:Европа
Portal:İslam
Portal:Asiya
Portal:Afrika
Avropa İslam Asiya Afrika


Digər resurslar                                                                              redaktə
Azərbaycan Vikixəbərdə  Azərbaycan Vikisitatda  Azərbaycan Vikikitabda  Azərbaycan Vikimənbədə  Azərbaycan Vikilüğətdə  Azərbaycan Vikiversitetdə  Azərbaycan Vikianbarda
Xəbərlər Sitatlar Dərsliklər və təlimat kitabçaları Mətnlər Sözlər Dərs resursları Mediafayllar
Wikinews-logo.svg
Wikiquote-logo.svg
Wikibooks-logo.svg
Wikisource-logo.svg
Wiktionary-logo-az.png
Wikiversity-logo.svg
Commons-logo.svg