Regimantas Adomaytis — Vikipediya

Regimantas Adomaytis
lit. Regimantas Adomaitis
Doğum tarixi 31 yanvar 1937(1937-01-31)[1]
Doğum yeri
Vəfat tarixi 20 iyun 2022(2022-06-20) (85 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
Fəaliyyəti aktyor, teatr aktyoru, kino aktyoru
Fəaliyyət illəri 1963-cü ildən
Təhsili
Mükafatları "SSRİ xalq artisti" fəxri adı SSRİ xalq artisti (1985)
IMDb ID 0012361

Regimantas Vaytkusoviç Adomaytis (lit. Regimantas Adomaitis; 31 yanvar 1937[1], Şyaulyay20 iyun 2022, Vilnüs) — SovetLitva aktyoru, SSRİ xalq artisti (1985).

Həyatı[redaktə | mənbəni redaktə et]

Regimantas Adomaytis 31 yanvar 1937-ci ildə (başqa mənbəyə görə 31 martda[2]) Şyaulyay şəhərində anadan olmuşdur. 1954-cü ildə Vilnüs Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1959-cu ildə buradakı təhsilini bitirmişdir. Artıq 1958-ci ildən o, Vilnüs Konservatoriyasının aktyorluq fakültəsində oxuyurdu. 1962-ci ildə aktyorluq üzrə diplom almışdır.

1962–1963-cü illərdə Kapsukas şəhərinin dram teatrında işləmişdir. 1963-cü ildə Kaunas Dövlət Akademik Dram Teatrının heyətinə daxil olmuş və 1967-ci ilə qədər burada işləmişdir. 1967-ci ildən bu günə qədər Litva Akademik Milli Dram Teatrının aktyorudur.

Vilnüs Filarmoniyasının müğənnisi Eugeniya Bayoritenin həyat yoldaşı olmuşdur.

Ömrünün son illərində ağır xəstə olmuşdur. 20 iyun 2022-ci ildə vəfat etmişdir. Litva Prezidenti Gitanas Nauseda məşhur aktyorun vəfatı ilə əlaqədar başsağlığı vermişdir[3].

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Kral Lir (film, 1970)

Mükafatları[redaktə | mənbəni redaktə et]

Litva Sovet Sosialist Respublikası Litva SSR-in əməkdar artisti (1973)
Litva Sovet Sosialist Respublikası Litva SSR-in xalq artisti (1979)
Almaniya Demokratik Respublikasının Milli mükafatı (1981)
Litva Sovet Sosialist Respublikası Litva SSR-in Dövlət Mükafatı (1982)
SSRİ SSRİ xalq artisti (1985)
Litva Litva Böyük Knyaz Qədiminas Ordeninin III dərəcəsi (1997)

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 Regimantas Adomajtis // filmportal.de. 2005.
  2. "Регимантас Адомайтис (Regimantas Adomaitis) — Биографии, мемуары, истории". 2010-11-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-07-10.
  3. Sputnik Литва. "Умер известный литовский актер Регимантас Адомайтис". Sputnik Литва (rus). 20220620T1340+0300. İstifadə tarixi: 2022-06-20.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]