1 may: İlk kriket matçı, Londonda böyük sərgi
1751 — Tarixdə ilk kriket matçı Amerikada oynanmışdır. 1851 — Kraliça Viktoriya Londonda böyük sərgi təşkil etdirmişdir. 1865 — Braziliya imperiyası, Uruqvay və Argentina üçlü ittifaqa imza atmışlar. 1884 — Moses Flitvud Uolker ABŞ-da professional beysbol oynayan ilk qara dərili oyunçu idi. 1930 — Cırtdan planet Pluton rəsmi olaraq adlandırılmışdır. 1948 — Koreya Xalq Demokratik Respublikasının əsası qoyulur. 1977 — İstanbulda Taksim meydanında Əmək Günü qeyd edilən zaman 36 nəfər qətlə yetirilib. Digər günlər: 30 aprel – 1 may – 2 may
bax – müzakirə – redaktə – tarixçə
2 may: İranda müəllimlər günü, İsrail televiziyasının ilk yayımı
1892 — Rusiya imperiyasında, Kiyevdə ilk dəfə elektrikli tramvay işə düşmüşdür. 1935 — Sovet Sosialist Respublikaları İttifaqı və Fransa arasında qarşılıqlı yardım müqaviləsi imzalanmışdır. 1968 — İsrail televiziyasının ilk yayımı baş tutmuşdur. 1982 — Folklend adaları uğrunda İngiltərə və Argentina arasında müharibə başlamışdır. 1984 — F-16 təyyarələrinin Türkiyədə istehsalına razılıq əldə edilmişdir. 1997 — Toni Bleyr Böyük Britaniyanın baş naziri seçilmişdir. 2004 — Panamada parlament seçkiləri keçirilmişdir. Digər günlər: 1 may – 2 may – 3 may
bax – müzakirə – redaktə – tarixçə
3 may: Kolumb Yamaykada, Britaniya festivalının açılışı
1494 — Xristofor Kolumb Yamaykaya çatır. 1837 — Afina Universitetinin əsası qoyulmuşdur. 1841 — Yeni Zelandiya Britaniya koloniyası elan edilir. 1902 — ABŞ-da Pepsi-Kola kompaniyasının əsası qoyulur. 1922 — Kanadada yerləşən prins Eduardın adasında qadınlara seçki hüququ verildi. 1951 — Britaniya kralı VI Georq Britaniya festivalının açılışını edir. 1993 — Ümumdünya Mətbuat Azadlığı Günü 2001 — Corc Buşun həyat yoldaşı 50 ən gözəl amerikalı qadın siyahısına daxil olur. Digər günlər: 2 may – 3 may – 4 may
bax – müzakirə – redaktə – tarixçə
4 may: Napoleon Elba adasında, Avropa Birliyində yeni ölkələr
1814 — Napoleonun Elba adasında sürgün həyatı başlayıb. 1904 — Panama kanalının yarımçıq qalan tikintisi yenidən başlanıb. 1910 — Kanadada hərbi dəniz donanması təşkil edilib. 1920 — XI qırmızı ordu hissələri Astaraya daxil olub. 1922 — II Ümumazərbaycan sovetlər qurultayında ərzaq vergisi haqqında dekret qəbul edilib. 1966 — İtaliyanın Torino şəhərində SSRİ və İtaliya arasında avtomobil zavodu tikmək barədə saziş imzalanıb. 1994 — Avropa Parlamenti Finlandiya, Norveç və Avstriyanın 1 yanvar 1995-dən etibarən Avropa Birliyinə qəbul edilməsinə səs verib. Digər günlər: 3 may – 4 may – 5 may
bax – müzakirə – redaktə – tarixçə
5 may: Beynəlxalq əlillərin hüquqlarının müdafiəsi günü, Sankt-Peterburq müqaviləsi
1260 — Xubilay xan Monqol İmperiyasının idarəçisi olur. 1762 — Rusiya və Prussiya Sankt-Peterburq müqaviləsini imzalayırlar. 1764 — Rusiyada ilk dəfə olaraq qızlar üçün təlim-tərbiyə müəssəsi yaradıldı. 1920 — Azərbaycan İnqilab Komitəsi bəy-xan torpaqlarının kəndlilərə verilməsi barədə qərar qəbul etdi. 1921 — Fransada "Şanel" ətrinin ilk təqdimetmə mərasimi keçirildi. 1936 — İtaliya qüvvələri Efiopyanın paytaxtı Əddis-Əbəbə şəhərini ələ keçirir. 1964 — Avropa şurası 5 mayı Avropa günü elan edir. Digər günlər: 4 may – 5 may – 6 may
bax – müzakirə – redaktə – tarixçə
6 may: ABŞ-da 9-cu ştat, Firulidə zəlzələ
1861 — Amerika Vətəndaş Müharibəsi: Arkanzas ittifaqdan ayrılaraq ABŞ-ın 9-cu ştatı olur. 1910 — V Georq atasının ölümündən sonra İngiltərə kralı olur. 1921 — Rusiya Sovet Federativ Sosialist Respublikası və Almaniya arasında ticarət razılaşması imzalandı. 1940 — Con Steynbek Pulitzer mükafatı alır. 1954 — Rocer Bannister bir mili 4 dəqiqədən az vaxta qaçan ilk insan olur. 1971 — Yunanıstan və Albaniya arasında diplomatik əlaqələr quruldu. 1976 — İtaliya şəhəri Firulidə baş verən zəlzələ 989 insanın həyatına son qoydu. Digər günlər: 5 may – 6 may – 7 may
bax – müzakirə – redaktə – tarixçə
7 may:
1610 — Qalileo Qaliley Yupiterin ilk üç peykini kəşf etdi. 1847 — Filadelfiyada Amerika Tibb Assosiasiyasının əsası qoyuldu. 1895 — Rus fiziki və elektrotexniki Aleksandr Popov Rusiya Fizika və Kimya Cəmiyyətinə radionun ilk nümunəsini təqdim etdi. 1915 — Britaniyaya məxsus "Lusitania" sərnişin laynerinin alman sualtı qayığı tərəfindən batırılması nəticəsində 1198 nəfər həlak oldu. 1954 — ABŞ, Fransa və İngiltərə SSRİ-nin NATO-ya üzv olmaq barədə müraciətinə rəsmi etiraz etdilər. 1974 — Qərbi Almaniya kansleri Villi Brandt istefa verir. 2000 — Vladimir Putin Rusiya prezidenti kimi vəzifələrinin icrasına başladı. Digər günlər: 6 may – 7 may – 8 may
bax – müzakirə – redaktə – tarixçə
8 may: Şuşanın işğalı, Temza bəndinin açılışı
1883 — Bakı-Tiflis dəmiryolu xətti açıldı. 1902 — Martinikada Mon-Pele vulkanının püskürməsi nəticəsində 20 min insan həlak oldu. 1919 — Məşhur Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Soltan Hacıbəyov Şuşa şəhərində anadan olub. 1945 — nasist Almaniyasının qeyd-şərtsiz təslim olması ilə Avropa ərazisində İkinci dünya müharibəsi başa çatdı. 1945 — Fransa əsgərləri tərəfindən törədilən Setif və Gelma qətliamı nəticəsində yüzlərlə mülki əlcəzairli qətlə yetirildi. 1984 — Londonu su daşqınlarından qorumaq üçün Temza çayı üzərində tikilən bənd istifadəyə verildi. 1992 — Şuşa şəhəri erməni silahlı dəstələri tərəfindən işğal olundu. 1992 — Azərbaycan Respublikası ilə İtaliya və İsveç arasında diplomatik əlaqələr quruldu. Digər günlər: 7 may – 8 may – 9 may
bax – müzakirə – redaktə – tarixçə
9 may: Kolumbun son səyahəti, Qələbə günü
1502 — Xristofor Kolumb Yeni Dünyaya 4-cü və son səyahəti üçün İspaniyadan yola düşdü. 1754 — Bencamin Franklin ilk Amerika karikaturasını nəşr etdirdi. 1901 — Avstraliyanın ilk parlamenti Melburnda açıldı. 1915 — Birinci dünya müharibəsi: Fransa və Almaniya orduları arasında İkinci Artua döyüşü baş verdi. 1945 — Aleksey Semenkov Li-2 təyyarəsində Nasist Almaniyasının kapitulyasıya aktının nüsxəsini Berlindən Moskvaya çatdırdı. 1955 — Soyuq Müharibə: Qərbi Almaniya NATO-ya qəbul edildi. 2003 — Azərbaycan Respublikası Haiti ilə diplomatik əlaqələr qurdu. Digər günlər: 8 may – 9 may – 10 may
bax – müzakirə – redaktə – tarixçə
10 may: Milli Qalereyanın açılışı, Almaniyada kitab günü
1497 — Ameriqo Vespuççi "Yeni Dünya"ya doğru ilk səyahətinə çıxdı. 1824 — Londonda Milli Qalereya ictimaiyyətə açıldı. 1940 — İkinci dünya müharibəsi: Vermaxt Belçika, Niderland və Lüksemburqa soxuldu. 1940 — Uinston Çörçill Böyük Britaniyanın baş naziri təyin edildi. 1981 — Fransua Mitteran Fransanın ilk sosialist prezidenti oldu. 1994 — Nelson Mandela Cənubi Afrika Respublikasının ilk qaradərili prezidenti seçildi. 2005 — Corc U. Buşun Tbilisidəki çıxışı zamanı erməni əsilli şəxs tərəfindən ona qumbara atıldı. Digər günlər: 9 may – 10 may – 11 may
bax – müzakirə – redaktə – tarixçə
11 may:
330 — Konstantinopolun əsası qoyuldu. 1858 — Minnesota ABŞ-ın 32-ci ştatı oldu. 1906 — "Bakinski raboçi" qəzeti nəşrə başladı. 1911 — Nəriman Nərimanovun "Nadir şah" pyesi Naxçıvanda general Hüseyn xan Naxçıvanskinin evində tamaşaya qoyuldu. 1916 — Malazgirddə ermənilər iyirmi min dinc sakini qətlə yetirdilər. 1949 — İsrail BMT-yə üzv oldu. 1996 — Mayami-Atlanta reysi üzrə uçan DC-9 sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 110 nəfər həlak oldu. Digər günlər: 10 may – 11 may – 12 may
bax – müzakirə – redaktə – tarixçə
12 may:
1364 — Krakovda Yagellon Universitetinin yaradılması haqda qərar verildi. 1830 — Ekvador respublikası yaradıldı. 1873 — II Oskar (şəkildə) İsveç kralı oldu. 1920 — XI Qızıl Ordu hissələri Şuşaya daxil oldular. 1949 — SSRİ Qərbi Berlinin blokadasını dayandırdı. 1961 — İngiltərədə seçki hüququ üçün yaş senzi 21-dən 19-a endirildi. 2008 — Çinin Sıçuan əyalətində baş verən zəlzələdə rəsmi məlumata görə, 87 587 nəfər həlak oldu, 18 392 nəfər itkin düşdü, 374 643 nəfər xəsarət aldı. Digər günlər: 11 may – 12 may – 13 may
bax – müzakirə – redaktə – tarixçə
13 may:
1830 — Ekvador müstəqilliyini elan etdi. 1846 — ABŞ Meksikaya müharibə elan etdi. 1930 — Sonuncu vəhşi Tasmaniya canavarı öldürüldü. 1966 — Rolling Stones qrupunun "Paint it Black" albomu işıq üzü gördü. 1967 — Zakir Hüseyn Hindistanın üçüncü prezidenti seçildi. 1981 — Terrorçu Mehmet Əli Ağca Roma Papası II İoann Pavelə qarşı uğursuz sui-qəsd cəhdi etdi. 2005 — Özbəkistanın Əndican şəhərində əsgərlərin etirazçılara atəş açması nəticəində yüzlərlə insan öldürüldü. Digər günlər: 12 may – 13 may – 14 may
bax – müzakirə – redaktə – tarixçə
14 may: Niderlandın təslim olması, Rotterdamın bombalanması
1643 — 4 yaşlı XIV Lüdovik, atası XIII Lüdovikin ölümündən sonra Fransa kralı oldu. 1811 — Paraqvay İspaniyadan müstəqillik əldə etdi. 1863 — Amerika vətəndaş müharibəsi: Cekson müharibəsi baş verdi. 1940 — İkinci dünya müharibəsində Rotterdam Almaniya Hərbi Hava Qüvvələri tərəfindən bombalandı və həmin gün Niderland Almaniyaya təslim oldu. 1955 — Kommunist blokuna daxil olan 8 ölkəni birləşdirən hərbi ittifaq — Varşava Müqaviləsi Təşkilatı yarandı. 1970 — Almaniya Federativ Respublikasında "Qırmızı Ordu Fraksiyası" terror təşkilatı yaradıldı. Digər günlər: 13 may – 14 may – 15 may
bax – müzakirə – redaktə – tarixçə
15 may: İlk McDonald's restoranı, Klivlenddə yanğın
1701 — İspaniya mirası uğrunda müharibə başlamışdır. 1800 — III Georq bir gündə ona qarşı təşkil edilən iki sui-qəsddən canını qurtara bilir. 1858 — Londonda indiki Kral Opera Evi açılmışdır. 1929 — Klivlenddə, Klivlend klinikasında baş verən yanğında 123 nəfər həyatını itirir. 1935 — Moskva Metropoliteni istifadəyə verilmişdir. 1940 — Kaliforniyada ilk McDonald's restoranı açılmışdır. 2011 — Azərbaycanı təmsil edən Eldar Qasımov və Nigar Camal dueti 56-cı Avroviziya Mahnı Müsabiqəsinin qalibi oldu. Digər günlər: 14 may – 15 may – 16 may
bax – müzakirə – redaktə – tarixçə
16 may: "Oskar" mükafatının ilk təqdimat mərasimi, Kasablankada terror aktları
922 — Bulqar xanlığı İslam dinini dövlət dini kimi qəbul etdi. 1812 — 1806-1812-ci illər türk-rus müharibəsinə son qoyan Buxarest sülhü imzalandı. 1868 — ABŞ prezidenti Endrü Consona (şəkildə) qarşı impiçment proseduru onun lehinə başa çatdı. 1929 — Hollivudda ilk Oskar mükafatlarının təqdimat mərasimi keçirildi. 1943 — Varşava gettosundakı antifaşist üsyanı yatırıldı. 1966 — Çin Kommunist Partiyası ölkədə "Mədəni İnqilab"ın əsasını qoyan "16 may bildirişi"ni yayımlandı. 2003 — Mərakeşin Kasablanka şəhərindəki terror aktları nəticəsində 33 mülki şəxs və 14 terrorçudan 12-si həlak oldu. Digər günlər: 15 may – 16 may – 17 may
bax – müzakirə – redaktə – tarixçə
17 may: Norveçdə konstitusiya günü, Brüsselin işğalı
1497 — Vasko da Qama Hindistan sahillərinə çatır. 1590 — Danimarkalı Anna Şotlandiya kraliçası olur. 1814 — Norveçdə ilk konstitusiya qəbul edilmişdir. 1877 — Avstraliyanın Viktoriyan futbol liqası yaradıldı. 1932 — ABŞ konqresi Porto-Rikonun adını dəyişərək Puerto-Riko qoyur. 1940 — İkinci Dünya Müharibəsi: Almaniya Belçikanın paytaxtı Brüsseli işğal edir. 1995 — Jak Şirak Fransa perzidenti olur. Digər günlər: 16 may – 17 may – 18 may
bax – müzakirə – redaktə – tarixçə
18 may: Haitidə bayraq günü, Monrealda yanğın
1498 — Vasko da Qama Hindistanın Kalikut limanına çatır. 1724 — Rusiya imperatriçası I Yekaterinanın tacqoyma mərasimi keçirildi. 1763 — Yanğın Monreal şəhərinin çox hissəsini tamamilə dağıdır. 1897 — İrlandiyalı yazıçı Brem Stokerin Drakula novellası nəşr edildi. 1944 — Krım tatarlarının deportasiyasına başlanılıb. 1992 — Ermənistan qüvvələri Laçını ələ keçirir. 1992 — Azərbaycan Respublikası Moldova ilə diplomatik əlaqələr qurmuşdur. Digər günlər: 17 may – 18 may – 19 may
bax – müzakirə – redaktə – tarixçə
19 may: Sumqayıtda partlayış, Oskar mükafatının təsisi
1907 — Bakıda "Bəhlul" jurnalı nəşrə başlayıb. 1919 — Versalda ermənilər Azərbaycan və gürcü nümayəndə heyətinin konfederasiya yaratmaq təklifinə qarşı çıxıb. 1919 — BDU-nun təsis komissiyası yaradılıb. 1925 — Amerikalı siyasi xadim və qaraların hüquqlarının müdafiəçisi Malkolm X anadan olub. 1929 — ABŞ-da "Oskar" mükafatı təsis olunub. 1997 — Azərbaycan Avropada adi silahlar haqqında konvensiyaya qoşulub. 1998 — Azərbaycanda "Uşaq hüquqları haqqında" qanun qəbul edilib. 1999 — Sumqayıt şəhər 8 saylı orta məktəbin hərbi dərsində RQD-5 əl qumbarası partlayaraq 6 nəfər ölmüşdür, 18 nəfər yaralanmışdır. 2015 — Binəqədi rayonunda bir binada yanğın baş vermişdir. Hadisə nəticəsində 15 nəfər həlak olmuş 64 nəfər yaralanmışdır. Digər günlər: 18 may – 19 may – 20 may
bax – müzakirə – redaktə – tarixçə
20 may: Kambocada ölüm günü, Kubada müstəqillik günü
526 — Suriyada 300 min adam zəlzələ nəticəsində həlak oldu. 1851 — Kanadada ilk poçt markası işıq üzü görmüşdür. 1900 — Fransada 1900-ci il Yay Olimpiya Oyunları start götürdü. 1902 — Kuba İspaniyadan müstəqillik əldə edir. 1921 — Almaniya və Çin diplomatik əlaqələr qurdu. 1965 — Domodedovo Hava Limanının açılışı baş tutmuşdur. 1992 — "RUH" Azərbaycan Jurnalistlərinin Müdafiəsi Komitəsi yaranıb. Digər günlər: 19 may – 20 may – 21 may
bax – müzakirə – redaktə – tarixçə
21 may: Çernoqoriyada müstəqillik günü; Hindistanda terrorizmə qarşı mübarizə günü; Çərkəslərin sürgün günü.
1840 — Yeni Zelandiya İngiltərə koloniyası olur. 1851 — Avstraliyada qızıl aşkar edilmişdir. 1904 — Parisdə FİFA təsis edilmişdir. 1917 — Böyük Atlanta yanğını baş vermişdir. 1930 — Moskvada Yuqoslaviya komunnist partiyası liderləri həbs olunmuşdur. 1996 — Azərbaycan Respublikası Şri-Lanka ilə diplomatik əlaqələr qurmuşdur. 2003 — Əlcəzairdə zəlzələ 2000 çox insanın həyatına son qoymuşdur. Digər günlər: 20 may – 21 may – 22 may
bax – müzakirə – redaktə – tarixçə
22 may: İstanbulda zəlzələ, Yəmən Respublikasının yaradılması
1524 — Şah İsmayıl Xətai vəfat etmişdir. 1762 — İsveç və Prussiya Hamburq müqaviləsini imzaladılar. 1766 — İstanbulda dağıdıcı zəlzələ baş vermişdir. 1987 — Dünyanın ən güclü tennisçilərindən biri Novak Cokoviç dünyaya gəlib. 1990 — Cənubi və Şimali Yəmən birləşərək vahid Yəmən Respublikası yaratmışdır. 1992 — Bosniya və Hersoqovina, Xorvatiya və Sloveniya BMT-yə üzv olmuşdur. 1996 — Azərbaycan Respublikası Liberiya ilə diplomatik əlaqələr qurmuşdur. 2006 — Cənubi Azərbaycannın böyük şəhərlərində İran qəzetlərindən birində azərbaycanlıları təhqir edən karikaturanın dərcinə etiraz olaraq nümayişlər keçirilib. Digər günlər: 21 may – 22 may – 23 may
bax – müzakirə – redaktə – tarixçə
23 may
1040 — Səlcuqlular və Qəznəlilər arasında Dəndənəkan döyüşü baş verdi. 1568 — Niderland İspaniyadan müstəqilliyini elan etdi. 1846 — Meksika-ABŞ müharibəsi: Meksika prezidenti Amerikaya müharibə elan etdi. 1949 — Almaniya Federativ Respublikası quruldu. 1960 — İsrail Xolokostun əsas təşkilatçılarından saydığı Adolf Eyxmanın Argentinadan oğurlanaraq ölkəyə gətirildiyini elan etdi. 1988 — Mişel Platini futbol karyerasını başa vurdu. 1992 — Java proqramlaşdırma dilinin ilk versiyası buraxıldı. 2006 — Egey dənizi üzərində Türkiyə və Yunanıstanın F-16 təyyarələrinin toqquşması nəticəsində yunan pilot həlak oldu. Digər günlər: 22 may – 23 may – 24 may
bax – müzakirə – redaktə – tarixçə
24 may: Eritreyada müstəqillik günü, ilk Avroviziya mahnı müsabiqəsi
1822 — Ekvador İspaniyadan müstəqillik əldə edib. 1956 — İsveçrənin Luqano şəhərində ilk dəfə Avroviziya mahnı müsabiqəsi keçirilib. 1961 — Kipr Respublikası Avropa Şurasına daxil olub. 1991 — Eritreya Efiopiyadan müstəqillik əldə edir. 1992 — Azərbaycan Respublikası Vatikan ilə diplomatik əlaqələr qurmuşdur. 2002 — Rusiya və ABŞ Moskva müqaviləsinə imza atır. Digər günlər: 23 may – 24 may – 25 may
bax – müzakirə – redaktə – tarixçə
25 may: Afrika Birliyi Təşkilatının qurulması, Osmanlı əleyhinə ittifaq
1571 — İspaniya kralı Benedikt və Papa Osmanlı dövləti əleyhinə ittifaq yaratmışlar. 1954 — Tokioda keçirilən sərbəst güləş üzrə dünya çempionatında Türkiyə Milli komandası birinci yeri tutmuşdur. 1963 — 30 Afrika ölkəsi bir araya gələrək Afrika Birliyi Təşkilatını (ABT) qurmuşlar. 1988 — İraq Bəsrəni İrandan geri almışdır. 1989 — Mixail Qorbaçov SSRİ-nin prezidenti olmuşdur. 2003 — Nuri Bilgə Ceylanın "Uzaq" filmi "Elephant" filmi ilə birlikdə 56-cı Kann kinofestivalının ən yaxşı film mükafatını almışdır. 2005 — Azərbaycan neftini Türkiyə üzərindən dünya bazarına çıxarmaq məqsədi ilə çəkilən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinə ilkin neft vurulmuşdur. Digər günlər: 24 may – 25 may – 26 may
bax – müzakirə – redaktə – tarixçə
26 may: Orta Şərqdə ilk neft yatağı, Eyfel qülləsində lift
451 — Sasanilərlə Qafqaz xalqlarının birləşmiş ordusu arasında Xalxal döyüşü baş verib. 946 — Edred İngiltərənin şahı elan olunur 1889 — Eyfel qülləsində ilk lift istifadəyə verilmişdir. 1896 — Rusiyanın son çarı II Nikolay taxta çıxıb. 1908 — İranın Məscid Süleyman (مسجد سليمان) şəhərində Orta Şərqdə ilk neft yatağı aşkar edilib. 1918 — Gürcüstan Demokratik Respublikası qurulub. 1993 — Azərbaycan Respublikası Madaqaskar ilə diplomatik əlaqələr qurmuşdur. 2006 — İndoneziyada zəlzələ nəticəsində 5700 nəfər ölmüş, 200 min nəfər isə öz evlərindən ayrı düşmüşlər. Digər günlər: 25 may – 26 may – 27 may
bax – müzakirə – redaktə – tarixçə
27 may: Tsusima döyüşünün başlaması, Türkiyədə dövlət çevrilişi
1199 — Torpaqsız İoann İngiltərə kralı oldu. 1703 — Rus çarı I Pyotr Sankt-Peterburq şəhərinin əsasını qoydu. 1941 — II DM: Almaniyaya məxsus "Bismark" linkorunun özünün ilk dəniz səfərində ingilislər tərəfindən batırılması nəticəsində 2106 dənizçi həlak oldu. 1905 — Rus-yapon müharibəsi: Tsusima döyüşü başladı. 1927 — "Ford Motor Company" "Model T"-nin istehsalını dayandırdı. 1960 — Türkiyədə hərbi çevriliş: prezident Cəlal Bayar və Adnan Menderes hökuməti vəzifələrindən kənarlaşdırıldılar. 1996 — Birinci çeçen müharibəsi: Boris Yeltsin Kremldə çeçen mücahidlərinin rəhbəri Zəlimxan Yandarbiyevlə atəşkəs müqaviləsi imzaladı. Digər günlər: 26 may – 27 may – 28 may
bax – müzakirə – redaktə – tarixçə
28 may: Azərbaycanda respublika günü, Belçikanın təslim olması
e.ə. 585 - ci ildə Midiya və Lidiya qoşunları arasında Halis döyüşü baş verdi. 1918 — Azərbaycan Demokratik Respublikası, Şərqdə ilk demokratik cumhuriyyət, elan edilmişdi. 1918 — Ermənistan müstəqillik əldə etmişdir. 1928 — Maksim Qorki İtaliyadan Moskvaya qayıtmışdır. 1940 — İkinci Dünya Müharibəsi ərəfəsində Belçika Almaniyaya təslim oldu. 1952 — Yunanıstanda qadınlara səsvermə hüququ verildi. 1993 — Eritreya və Monako BMT-yə üzv oldu. 2004 — Azərbaycan Respublikası Keniya ilə diplomatik əlaqələr qurmuşdur. Digər günlər: 27 may – 28 may – 29 may
bax – müzakirə – redaktə – tarixçə
29 may: Sasani ordusunun məğlubiyyəti, Bizansın süqutu
363 — Roma imperatoru Yulian (Julian) Sasani ordusuna qalib gəlmişdir. 1453 — Sultan II Mehmedin başçılığı altındakı Osmanlı ordusu İstanbulu fəth edərək Bizans dövlətinə son qoymuşdur. 1727 — II Pyotr Rusiya çarı olur. 1848 — Viskonsin ABŞ ştatı olur. 1918 — Azərbaycan parlamenti (Milli Şura) Antanta dövlətlərinin davamlı təzyiqlərindən sonra Azərbaycan şəhəri İrəvanın Ermənistana verilməsi haqda qərar qəbul edir. 1924 — İspaniyada Rayo Vallekano (Madrid) klubunun əsası qoyulub. 1992 — Azərbaycan Respublikası Tacikistan ilə diplomatik əlaqələr qurmuşdur. Digər günlər: 28 may – 29 may – 30 may
bax – müzakirə – redaktə – tarixçə
30 may: Janna Darkın ölümü, Xorvatiyada müstəqillik günü
1431 — Fransanın gənc qadın qəhrəmanı Janna Dark 19 yaşında yandırılıb. 1574 — III Henri Fransa kralı olur. 1631 — İlk fransız dilli qəzet La Gazette nəşr edilmişdir. 1859 — Londonda Big Ben saatının zəngi ilk dəfə çaldı. 1917 — I Aleksandr Yunanıstan kralı olur. 1941 — İkinci Dünya Müharibəsi ərəfəsində Almaniya Kriti işğal etdi. 1942 — İkinci Dünya Müharibəsi ərəfəsində İngiltərə bombardmançılar Kölnü darmadağın edir. Digər günlər: 29 may – 30 may – 31 may
bax – müzakirə – redaktə – tarixçə
526 — Antioxiyada baş vermiş zəlzələ nəticəsində 250 min insan həyatını itirdi. 1223 — Kalka döyüşündə monqol ordusu rus və kumanların birləşmiş ordusunu məğlub etdi. 1910 — Cənubi Afrika Birliyi quruldu. 1911 — Titanik gəmisi suya endirildi. 1935 — Britaniya Hindistanının Kvetta şəhərində baş verən 7,7 ballıq zəlzələ 40 min insanın həyatını itirməsinə səbəb oldu. 1970 — Peruda baş vermiş 7,9 ballıq zəlzələ nəticəsində 70 min insan həyatını itirdi. 1985 — ABŞ-ın Ohayo, Pensilvaniya və Nyu-York ştatlarını və Kanadanın Ontario əyalətini vuran 41 tornado 76 insanın ölümü ilə nəticələndi. 2010 — İsrail əsgərlərinin Qəzza bölgəsinə humanitar yardım aparan gəmilərə hücumu nəticəsində 9 mülki şəxs həlak oldu. Digər günlər: 30 may – 31 may – 1 iyun
bax – müzakirə – redaktə – tarixçə