Vladimir Jirinovski — Vikipediya

Vladimir Jirinovski
rus. Владимир Жириновский
Владимир Жириновский (25-09-2021) (cropped).jpg
bayraqRusiya Federasiyası Dövlət Dumasının sədr müavini
18 yanvar 2000 — 21 dekabr 2011
bayraqRusiya Liberal Demokrat Partiyasının sədri
1992 — 6 aprel 2022
Şəxsi məlumatlar
Doğum adı Владимир Вольфович Эйдельштейн
Doğum tarixi 25 aprel 1946(1946-04-25)[1][2]
Doğum yeri
Vəfat tarixi 6 aprel 2022(2022-04-06)[3] (75 yaşında)
Vəfat yeri
Vəfat səbəbi COVID-19
Dəfn yeri
Milliyyəti Yəhudi
Təhsili
Atası Volf Edelşteyn
Anası Aleksandra Makarova
Hərbi xidmət
Qoşun növü Sovet Ordusu
Rütbəsi Polkovnik
Elmi fəaliyyəti
Elm sahəsi Türkologiya, politologiya
Elmi dərəcəsi fəlsəfə elmləri doktoru (1998)

Təltifləri I dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni II dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni III dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni IV dərəcəli "Vətən qarşısında xidmətlərinə görə" ordeni "Aleksandr Nevski" ordeni "Şərəf" ordeni "Jukov" medalı "Moskvanın 850 illik xatirəsinə" medalı "Ümumrusiya siyahıyaalmasında xidmətlərinə görə" medalı "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı Medal to Participant in Military Operations in Syria
Fəxri dəmiryolçu
"Şərəf və Şöhrət" ordeni Pentru order of courage
Honoured Lawyer of Russia
Medal of Anatoly Koni Order of Merit (Ingushetia)
Rusiya Federasiyası Prezidentinin fəxri fərmanı
Crimea defense medal
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vladimir Volfoviç Jirinovski (rus. Владимир Вольфович Жириновский; 25 aprel 1946[1][2], Almatı[4][5]6 aprel 2022[3], Moskva[4][5]) — Rusiyalı dövlət xadimi, siyasətçi, hüquqşünas, türkoloq.

Rusiya Liberal Demokrat Partiyasının qurucusu və lideri, Rusiya Federasiyası Dövlət Dumasının sədr müavini (2000–2011), VI çağırışın deputatı, Avropa Şurası Parlament Assambleyasının üzvü. Rusiya Federasiyası Prezidenti postuna 5 dəfə namizədliyini irəli sürüb (1991, 1996, 2000, 2008, 2012).

Həyatı[redaktə | mənbəni redaktə et]

Vladimir Volfoviç Edelşteyn 4 aprel 1946 tarixində SSRİ-nin Almatı şəhərində anadan olub. Atası Volf İsaakoviç Edelşteyn (1907–1983) milliyətcə — yəhudi, anası Aleksandra Pavlovna Makarova isə milliyyətcə — rus olub. 1964-cü ildə Vladimir "Jirinovski" soyadını götürmüşdür. Vladimir orta təhsili Astana şəhəri 25 nümrəli orta məktəbdə alıb. 1964–1970-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin tərkibində olan Qərb Dilləri Universitetinin "Türk dili və ədəbiyyatı" fakültəsində təhsil almışdır. 1965–1967-ci illərdə "Markizm-Leninizm Universiteti"-ndə "Xarici Əlaqələr" fakültəsində magist pilləsini almışdır. 1972–1977-ci illərdə M.V.Lomonosov adına Moskva Dövlət Universiteti hüquqşünaslıq fakültəsində təhsil almışdır.

Vladimir Jirinovskinin vəziyyəti 2 fevral 2022-ci il tarixində yeni növ koronavirus xəstəliyi səbəbi ilə ağırlaşmış və o, xəstəxanaya yerləşdirilmişdi. İki aydan artıq müddətdə yataq xəstəsi olan Jirnovski, tibbi cihazlara bağlı şəkildə yaşayırdı. 6 aprel 2022-ci il tarixində Vladimir Jirnovski vəfat etdi.[6]

Siyasi karyerası[redaktə | mənbəni redaktə et]

Onun siyasi karyerası daima Azərbaycana təhqirlə keçib. Ali təhsilini bitirdikdən sonra Vladimir Jirinovski hərbçi vəzifəsində çalışmağa başlamış və polkovnik rütbəsinə qədər qalxmışdır. 1975–1983-cü illər arasında Vladimir Jirinovski Hüquqşünaslar Kollegiyasının üzvü olmuşdur. 1983–1990-cı illərdə "MİR" dərgisində çalışmağa başlamışdır.

1990-cı ildə Sovet İttifaqı Liberal Demokrat Partiyasının üzvü olmuşdur. 1992-ci ildə Vladimir Jirinovski Rusiya Liberal Demokrat Partiyasının əsasını qoymuşdur. 1993–2000-ci illər arasında Rusiya Federasiyası Dövlət Dumasının deputatı və LDPR fraksiyasının lideri olmuşdur. 2000-ci ilin 18 yanvar tarixində Dövlət Dumasının sədr müavini seçilmiş və bu səbəbdən fraksiyada liderliyi öz oğlu İqor Lebedevə ötürmüşdür. 2011-ci ildə isə yenidən LDPR fraksiyasının Dumadakı liderinə çevrilmişdir. Ümumilikdə Vladimir Jirinovski Rusiya Federasiyası Dövlət Dumasının 6 çağırışından 6-sında (1993, 1995, 1999, 2003, 2007, 2011) deputat olmuş və 3 çağırışda (1999–2011) sədr müavini olmuşdur.

Vladimir Jirinovski 5 dəfə (1991, 1996, 2000, 2008, 2012) Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürmüş və bununla da Rusiyada rekord vurmuşdur. İlk dəfə 1991-ci ildə Vladimir Jirinovski Rusiya Sovet Federativ Sosialist Respublikasının prezidenti postuna namizədliyini irəli sürdü və 7,81% (6.211.007 səs) toplamağla 6 namizəd arasında 3-cü yeri tutdu. Növbəti iki seçkilərdə Vladimir Jirinovski daha uğursuz nəticə göstərdi. 1996-cı ildə o 10 namizəd arasında 5,7% (4.311.479 səs), 2000-ci ildə isə 11 namizəd arasında 2,7% (2.026.509 səs) toplamaqla iki dəfə ard-arda beşinci yeri tutdu. 2004-cü ildə Vladimir Jirinovski prezident seçkilərində çıxış etməkdən imtina edir. 2008-ci ildə isə Vladimir Jirinovski sayca 4-cü dəfə prezident postuna namizədliyini irəli sürmüş və 4 namizəd arasında 9,35% (6.988.510 səs) toplamış və Dmitri MedvedyevGenadiy Züqanovun ardınca 3-cü yeri tutmuşdur. Bu Vladimir Jirinovskinin bu günə qədər göstərdiyi ən uğurlu nəticə olub. 2012-ci ildə Vladimir Jirinovski 5-ci dəfə Rusiya Federasiyası Prezidenti postuna namizədliyini irəli sürüb.

Şəxsi həyatı[redaktə | mənbəni redaktə et]

6 yanvar 1971-ci ildən ömrünün sonuna kimi Qalina Aleksandrovna Lebedeva (1949-cu il təvəllüdlü) ilə evli olub. Jirinovskinin üç övladı - iki oğlu və bir qızı var idi.

İstinadlar[redaktə | mənbəni redaktə et]

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]